• Gündəm • Hərbi

Azərbaycan tərəfi mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi

164
13-07-2020, 18:28

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir:

“Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

FACEBOOK ŞƏRH YAZ