• Dünya • Sosial • Qarabağ • Gündəm

Türkiyə XİN: “Azərbaycanın yanındayıq”

13-07-2020, 01:44

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutulması ilə bağlı bəyanat yayıb.

BAKU.NEWS xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik.
Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.

FACEBOOK ŞƏRH YAZ