• Qarabağ • Gündəm • Hərbi

Müdafiə Nazirliyi daha bir açıqlama yaydı

234
12-07-2020, 20:20

Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

BAKU.NEWS xəbər verir ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".

FACEBOOK ŞƏRH YAZ