• Gündəm • Hərbi

Ermənistan silahlı qüvvələri təxribat törədib - Cəbhədə döyüş gedir

375
12-07-2020, 16:18

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə BAKU.NEWS-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH YAZ