• Cəmiyyət • Gündəm • Koronavirus

Qubanın icra başçısının müavini və şöbə müdiri koronavirusa yoluxdu

150
12-07-2020, 13:31

Quba Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasova və ümumi şöbənin müdiri Neman Hüseynov koronavirusa yoluxub.

BAKU.NEWS xəbər verir ki, icra hakimiyyətinin bütün əməkdaşları arasında keçirilən Covid-19 testinin nəticələrinə görə, S.Abbasova ilə N.Hüseynovun cavabları pozitiv çıxıb.

Onlar müalicə olunmaq üçün Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

FACEBOOK ŞƏRH YAZ