• Dünya • İdman • Gündəm

"Barselona" səfərdə “Valyadolid”ə qalib gəldi

733
12-07-2020, 00:30

İspaniya La Liqasının 36-cı turunda “Valyadolid” “Barselona”nı qəbul edib.

BAKU.NEWS xəbər verir ki, matç Valyadoliddə, "Xose Sorrilya" stadionunda keçirilib. 

Qarşılaşmada hesab 15-ci dəqiqədə açılıb. Qonaqların heyətində Arturo Vidal Lionel Messinin ötürməsini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

"Barselona" İspaniya çempionatında ardıcıl qələbə seriyasını üç matça çatdırıb. Komanda əvvəlki iki turda "Espanyol"a (1:0) və səfərdə "Vilyarreal"a (4:1) qalib gəlib.

Bugünkü məğlubiyyət "Valyadolid" üçün ardıcıl ikinci uğursuzluq olub.

"Barselona" İspaniya çempionatının yarış cədvəlində ikinci yer tutur. Kataloniyalılar Madrid "Real"ından 1 xal geri qalırlar. "Valyadolid" 39 xalla turnir cədvəlində 14-cü yerdədir.

FACEBOOK ŞƏRH YAZ