• Cəmiyyət • Elm • Gündəm

AMEA-nın binasının üzərindəki hərflər niyə sökülüb? - AÇIQLAMA - FOTOLAR

198
10-07-2020, 19:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasının üzərindəki kiril əlifbasında olan hərflər sökülüb.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı fotolar sosial şəbəkələrdə yayılıb.

Qurumun ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov açıqlamasında bildirib ki, AMEA-nın Rəyasət Heyətinin binasının üzərində yazılar kiril əlifbasında yazıldığı üçün sökülməsinə qərar verilib:

“Həmin hərflər latın qrafikası ilə yazılacaq. Hazırda Azərbaycan Milli Elmlər Akademiyası sözləri hazırlanır. Yaxın vaxtda binanın üzərinə quraşdırılacaq”.

FACEBOOK ŞƏRH YAZ