• Dünya • Gündəm • Koronavirus

Qazaxıstanda 13 iyul matəm günü elan edildi

10-07-2020, 10:40

Qazaxıstanda son sutka ərzində rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

BAKU.NEWS Qazaxıstan mediasına istinadən xəbər verir ki, son 24 saat ərzində 1962 nəfərdə Covid-19 aşkarlanıb.
Bununla da koronavirusa yoluxanların sayı 53 min 21 nəfərə çatıb. Ümumilikdə isə 264 nəfər dünyasını dəyişib.
Qazaxıstanın Səhiyyə Nazirliyi ölkədə 3 mindən çox tibb işçisinin çatışmadığını bəyan edib.

Qeyd edək ki, Prezident Kasım-Jomart Tokayev koronavirus infeksiyasından ölənlərin xatirəsinə iyulun 13-nün ölkədə matəm elan edilməsi haqda sərəncam verib.

FACEBOOK ŞƏRH YAZ