• Gündəm • İdman

Milli Paralimpiya Komitəsində görüş

383
18-04-2019, 21:51

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsində Atletika üzrə ölkəmizin paralimpiya yığma komandası ilə görüş keçirilib.
Tədbiri açan komitə prezidenti İlqar Rəhimov komandanın 24 aprel – 8 may tarixləri arasında Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirəcəyini xatırladıb. O, təlim-məşq toplantısının qarşıda komandanı gözləyən beynəlxalq yarışlara hazırlıq xarakteri daşıdığını qeyd edib.
İ.Rəhimov komandadan gözləntilərin çox olduğunu qeyd edib: “Əsas hədəf “Tokio 2020” XVI Yay Paralimpiya oyunlarında nailiyyətlər qazanmaqdır”, - o qeyd edib.
Komitə prezidenti bildirib ki, atletika komandası paralimpiya yığmaları arasında ən böyük komanda olduğu üçün, bu komandadan gözləntilər də çoxdur.
Atletika komandasının baş məşqçisi, ikiqat paralimpiya çempionu Oleq Panyutin bildirib ki, qarşıda komandanı Dubayda keçiriləcək dünya çempionatı gözləyir.
Daha sonra “Pekin 2008” Yay Paralimpiya Oyunlarının qalibi Oloxan Musayev də çıxış edib. O, yarışlara hazırlığın yüksək səviyyədə getdiyini qeyd edib. “Tokio 2020” paralimpiya oyunlarında qızıl medal qazanacağını ümid etdiyini deyib.
İdmançılar da öz çıxışlarında yarışlara hazır olduqlarını qeyd ediblər və gözləntiləri doğruldacaqlarını deyiblər.




FACEBOOK ŞƏRH YAZ