• İdman • Gündəm

Püşk nə vaxt atılacaq?

765
9-07-2020, 11:44

Avropa Voleybol Konfederasiyasının (CEV) İnzibati Şurasının iclası keçirilib.

BAKU.NEWS-un məlumatına görə, videokonfrans şəklində təşkil olunan tədbirdə avrokuboklaırn 2020/21 mövsümü ilə bağlı müzakirələr aparılıb.

Qərara alınıb ki, milli federasiyaların qitə miqyaslı turnirlərdəki təmsilçi sayı öncədən müəyyənləşdiyi kimi reytinqə əsasən aparılacaq və burada dəyişiklik edilməyəcək. Bundan başqa, hər ölkə bir kişi və bir qadın komandanı əlavə olaraq sifariş edə biləcək.

Çempionlar Liqasının 4-cü mərhələsində həmişəki kimi 20 komanda mübarizə aparacaq. Əgər hər hansı federasiya reytinqə əsasən sifariş etməli olduğundan az komanda ilə qatılsa, bu yerlər ilk raundlardan yarışa qoşulacaq əlavə klublar hesabına doldurulacaq.

Sentyabrın ikinci yarısında başlaması planlaşdırılan avrokubok mövsümünün tam təqvimi açıqlansa da, sonradan koronavirus pandemiyası üzündən dəyişikliklərin olunması istisna deyil. Çempionlar Liqası, CEV kuboku və Çelenc kubokunda yeni mövsümün püşkü avqustun ikinci yarısında atılacaq.

Yeni mövsümdə bir sıra dəyişikliklər ola bilər. CEV təsnifat mərhələlərinin həmişəki kimi ev və səfər matçlarından ibarət olmasını planlaşdırır. Lakin fors-major hallarda ilk mərhələlərdə mini turnirlərin təşkilini də ehtiyat variant kimi nəzərində saxlayıb. Həmçinin komandaların qarşılıqlı razılıqla hər iki oyunu eyni şəhərdə keçirməsi variantı da yenə mümkün olacaq.

Qeyd edək ki, Azərbaycan avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Qadınlardan ibarət “Azərreyl” klubu Çelenc kubokunda mübarizə aparacaq.

FACEBOOK ŞƏRH YAZ