• Cəmiyyət • Hadisə • Gündəm

“Dost qapısı” kafesində karantin qaydalarını pozan şəxslər saxlanılıblar - FOTO

248
6-07-2020, 22:24

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxslər müəyyən olunaraq inzibati məsuliyyətə cəlb olunublar.  

BAKU.NEWS-un məlumatına görə, Xətai RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayonun Sadıqcan küçəsində yerləşən “Dost qapısı” kafesində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarını pozan şəxslər saxlanılıblar. 

Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi A.Novruzov 2000 manat, digərləri 200 manat cərimə olunublar.

FACEBOOK ŞƏRH YAZ