• Hadisə • Gündəm • Bölgə

Qızılağac Milli Parkında yanğın başlayıb

6-07-2020, 17:49

İyulun 6-da Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac milli parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən BAKU.NEWS-a bildirilib ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub. Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

FACEBOOK ŞƏRH YAZ