• Cəmiyyət • Hadisə • Gündəm

Kriminal avtoritetin yas mərasimini keçirənlər saxlanıldı

190
6-07-2020, 13:41

Bakıda yas mərasimi təşkil etmək istəyənlər polislər tərəfindən saxlanılıb. 

BAKU.NEWS DİN-ə istinadən xəbər verir ki, iyulun 3-də Suraxanı rayonu Hövsan qəsəbəsində M.Mustafayev adlı şəxsin dəfn mərasimində xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin pozulması halı qeydə alınıb.
Müvafiq tədbirlərlə həmin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis şöbəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunub.

Buna baxmayaraq bu gün Hövsan qəsəbəsində sanitar-karantin rejiminin tələblərinə zidd olaraq yenidən bir qrup qəsəbə sakini M.Mustafayev adlı şəxsin “3” mərasimini təşkil etməyə cəhd göstərib. Bu cəhdin də qarşısı alınıb. Karantin qaydalarrını pozaraq yas mərasimi təşkil etmək istəyən 10 nəfər saxlanılaraq polis şöbəsinə gətirilib.

Onlar barəsində də İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ciddi intizam tədbiri görülüb.

Məlumatına görə, yas mərasimi keçirilən M. Mustafayev bir neçə gün əvvəl qətlə yetirilib. O, kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.

FACEBOOK ŞƏRH YAZ