Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də, Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.
BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, Baku TV rəhbərliyi karantin qaydalarına əməl etməyən, qeyri-peşəkarlıq sərgiləyərək, ictimai fikirdə mənfi imic formalaşdıran aparıcı ilə yollarını ayırmaq qərarına gəlib və Mələk Heydərova ilə əmək müqaviləsinə xitam verib.
Bundan əvvəl isə Mələk Heydərova ictimaiyyətdən, Baku TV izləyicilərindən, kanal rəhbərliyindən, oxuculardan sərgilədiyi davranışa görə üzr istəyib.
İctimaiyyətdə pandemiya dönəmində hazırladığı materiallarla diqqət çəkən Baku TV-nin siması olan aparıcının heç bir etik kodeks gözləmədən, xüsusi sərt karantin rejiminin tətbiq olunduğu bir gündə qaydalara tabe olmayaraq, hoteldə dincəlməsi izləyicilərdə qıcıq yaradıb.
Xatırladaq ki, Mələk Heydərova əmək məzuniyyətində olub və o, “Fairmont Bakı” hotelində istirahət edərkən çəkdiyi fotoları paylaşıb. Daxili İşlər Nazirliyi qısa zamanda hoteldə reyd keçirib və karantinin tələblərini pozan şəxslər saxlanılıb.
• Cəmiyyət
• Hadisə
• Gündəm
Mələk Heydərova “Fairmont”dakı fotolarına görə işdən çıxarıldı - FOTOLAR
FACEBOOK ŞƏRH YAZ
AKTUAL
- “Min illərin yaddaşından süzülüb gələn Novruz ənənəmiz”
- Hakan Fidandan “Kurtlar Vadisi” açıqlaması - “Qismətimizdir”
- Bu gün İlaxır çərşənbədir
- Neftçalada şəhid ailələri ziyarət olundu - FOTOLAR
- Uzun müddət ac qalan mədəni tütün tüstüsü ilə doyurmaq xəstəliklərə səbəb olur
- Ustaların sirri: Paltaryuyan maşına 1 stəkan əlavə edin
- Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? - Həkim AÇIQLADI
- Gözlərdə yüksək xolesterol səviyyəsini necə təyin etmək olar? - Oftalmoloqdan AÇIQLAMA
- Kökəlmək istəsəniz, bunları edin
- Keyfiyyətli yuxu üçün nə etməliyik?
- Abad məhəllələrdə Novruz şənliyi
- Ali Məhkəmə tərəfindən həyata keçirilən işlər təqdirəlayiqdir - VƏKİL RƏYLƏRİ