• Cəmiyyət • Hadisə • Gündəm

Bakıda "Wolt" şirkətinin əməkdaşı yol qəzasında öldü

380
6-07-2020, 00:56

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

BAKU.NEWS-un "Report"-a istinadən xəbərinə görə, hadisə Azadlıq prospektində, Mərkəzi Bankın qarşısında qeyd alınıb. 

Belə ki, "Wolt" şirkətinin əməkdaşı İbrahim Cəfərovun idarə etdiyi motosiklet digər avtomobillə çırpılıb. Nəticədə İ.Cəfərov hadisə yerində ölüb. 

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ