• Cəmiyyət • Gündəm • Koronavirus

Azərbaycanda koronavirusa yoluxanların sayı 19 mini ötdü

168
3-07-2020, 17:20

Azərbaycanda indiyədək koronavirusa yoluxan, sağalan və ölənlərin sayı məlum olub.

BAKU.NEWS xəbər verir ki, bununla bağlı rəqəmləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanda indiyədək koronavirusa ümumilikdə 19 267 nəfər yoluxub: "Onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir".

FACEBOOK ŞƏRH YAZ