• Səhiyyə • Gündəm • Koronavirus

Daha 588 nəfər koronavirusa yoluxdu - 7 pasiyent öldü

290
1-07-2020, 19:45

Azərbaycanda  588 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 346  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə BAKU.NEWS-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 112 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 061 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6682 koronavirus testi aparılıb.

FACEBOOK ŞƏRH YAZ