• Maliyyə • Cəmiyyət • Kriminal • Gündəm

“Zaminbank” ASC-nin sədri həbs edildi

230
1-07-2020, 18:23

“Zaminbank” ASC-nin sədri Nadir İsmayılov həbs edilib.

BAKU.NEWS xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, 20 milyon manatdan çox pul mənimsədiyi üçün  Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları bankın sahibini saxlayıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qərarı çıxarılıb. N.İsmayılova AR Cinayət Məcəlləsinin 179.3.2 və 309.2.2 maddələri ilə cinayət işi açılıb.

 “Zaminbank” ASC 4 il bundan öncə  müflis elan edilib.
Əlavə məlumat veriləcək.

FACEBOOK ŞƏRH YAZ