• Siyasət • Gündəm • Koronavirus

Xüsusi karantin rejimi daha iki həftə uzadılır

30-06-2020, 18:11

“Operativ Qərargah ölkə başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqəti altında fəaliyyət göstərir”.

BAKU.NEWS xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus müharibədir və bu, davam edir: “5 iyul tarixinə kimi sərtləşdirilmiş karantin rejimi tətbiq edilir. Bundan sonra da karantin rejiminin 2 həftə artırılması ilə bağlı fikirlər və rəylər var. Bununla bağlı da məlumat veriləcək”.

FACEBOOK ŞƏRH YAZ