• İdman • Cəmiyyət • Gündəm

Tanınmış məşqçi dünyasını dəyişib

1 694
29-06-2020, 12:18

Azərbaycanın idman gimnastikası üzrə əməkdar məşqçisi, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Çingiz Şamilov dünyasını dəyişib.

BAKU.NEWS xatırladır ki, ömrünü idmana həsr etmiş Ç.Şamilov "Burevestnik” cəmiyyətində idman gimnastikası ilə məşğul olub, SSRİ idman ustası adına layiq görülüb.

Əmək fəaliyyətinə də idman sahəsində başlayan Ç.Şamilov Milli Olimpiya Komitəsində aparıcı mütəxəssisi olmuş və bir müddət Azərbaycan Gimnastika Federasiyanın Baş katibi vəzifəsində çalışıb.

Ç.Şamilov peşəkar keyfiyyətləri və yüksək insani xüsusiyyətləri ilə bütün həmkarlarının yaddaşlarında uzun illər qalacaqdır.

Azərbaycan Gimnastika Federasiyası bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verir və onlara səbr diləyir.

Allah rəhmət etsin.

FACEBOOK ŞƏRH YAZ