Xızıda qumbara partladan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, iyun ayının 21-də gecə saatlarında Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal şöbə əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və həmin ərazidən əlavə olaraq daha bir partlamamış əl qumbarası aşkarlayıblar.
RPŞ-nin əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyev qısa zaman ərzində qəsəbə ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı o tutduğu əməli etiraf edərək əl qumbaralarını tanışı Yalçın Novruzovdan əldə etdiyini bildirib.
Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə Y.Novruzov da qəsəbə ərazisində saxlanılıb və ANAMA-nın mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilmiş baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Xızı RPŞ-nə cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
• Kriminal
• Gündəm
• Bölgə
Xızıda qumbara partladan şəxs tutulub - FOTOLAR

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Füzulinin Zərgər kəndindən görüntülər - VİDEO
-
Protokol tərtib edən vəzifəli şəxslərin siyahısına əlavələr edildi
-
Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb
-
Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edildi
-
Məhkəmə Navalnının həbsini qanuni saydı
-
Mehriban Əliyeva Xırdalanda baş verən partlayışla bağlı məsələni nəzarətə götürdü
-
MHP rəsmiləri Şuşada tikiləcək məktəblə bağlı Azərbaycana gəlir
-
“Qarabağ” “Səbail”i darmadağın etdi
-
Cibindən və evindən narkotik tapıldı
-
Ronaldo və sevgilisi karantin qaydalarını pozdu
-
Yoluxanların sayı azaldı
-
İrandan ABŞ-a sərt mesaj