• Kriminal • Gündəm

Bakıda qardaş qardaşı öldürüb

273
22-06-2020, 10:24

Bakıda qətl hadisəsi baş verib.

Hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

Suraxanı rayon prokurorluğundan "Report"a bildirilib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. (Report)

FACEBOOK ŞƏRH YAZ