• Mədəniyyət • Gündəm • Koronavirus

Şair Səlim Babullaoğlu koronavirus şübhəsi ilə "Yeni klinika"ya yerləşdirilib

1 989
18-06-2020, 23:55

Şair, tərcüməçi Səlim Babullaoğlu koronavirus (Covid-19) şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

BAKU.NEWS xəbər verir ki, bu barədə APA-ya şair özü məlumat verib.

Hazırda "Yeni klinika" da müalicə olunduğunu bildirən S.Babullaoğlu səhhətinin nisbətən yaxşı olduğunu qeyd edib:

"Testin nəticəsi çıxmayıb, ona görə də koronavirus olub-olmaması barədə konkret bir söz deyə bilmərəm. Mənə dedilər ki, neqativ olsaydı bilinərdi. Amma sətəlcəm var və hazırda bundan müalicə alıram".

FACEBOOK ŞƏRH YAZ