• Maliyyə • Gündəm

Standard &Poor's agentliyi Kapital Bank-ın reytinqini təsdiqlədi

168
16-06-2020, 17:49

Standard &Poor's Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini “stabil” proqnozda müəyyənləşdirərək, “BB-/B” səviyyəsində təsdiqləyib. Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentliyin fikrincə, Kapital Bank növbəti il ərzindəkifayət qədər likvidlik ehtiyatları, adekvat kapitallaşma səviyyəsi və stabil depozit portfelisayəsində COVID-19 pandemiyası və neft qiymətinin düşməsisəbəbidnəd dünyada yaşanan iqtisadi tənəzzül şəraitinə bənzər yerli və xarici banklara nisbətən daha effektiv müqavimət göstərə biləcək. Həmçinin, Kapital Bank-ın risk və kapital mövqeyinin daha güclü olduğu söylənilir.

Hesabatda qeyd olunur ki, 2020-2021-ci illər üçün Kapital Bank-ın kredit və depozit portfelində 10% -15% səviyyəsindəillik artım gözlənilir ki, bu da proqnozlardan təxminən 5%-10% yüksəkdir.Qlobal iqtisadi artımın ləngiməsi dövründə Bankdiqqətini rəqəmsallaşmavə müştəri xidmətinin yaxşılaşdırılmasısahəsinə yönəldəcəyi də vurğulanıb.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

FACEBOOK ŞƏRH YAZ