• Cəmiyyət • Hadisə • Gündəm

Bakıda tragikomik hadisə: Evdən çıxmaq qadağasını kütləvi şəkildə pozan sakinlərə polis müdaxiləsi - VİDEO

688
6-06-2020, 23:43

Xəbər verdiyimiz kimi Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək sərt karantin rejiminə başlanılıb.

Ancaq bəzi paytaxt sakinləri heç də bu qadağa ilə barışmaq niyyətində deyillər.

Gün ərzində bir neçə dəfə bu qadağanı pozan və polisi görəndə qaçan şəxslərlə bağlı xəbər verilsə də, budəfəki hadisə bir az tragikomik alınıb.

Görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Bakıdakı məhəllələrdən birində sakinlər kütləvi şəkildə həyətə çıxıblar. Bu zaman isə xidmətdə olan Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

Polis avtomobilinin səsini eşidən “qayda pozucular” isə sürətlə evlərinə doluşublar.

Əksər hissəni uşaqların təşkil etdiyi kütlənin təlaşlı anları maraqlı görüntülərə səbəb olub.

Baku.Tv-nin süjetin təqdim edirik:

FACEBOOK ŞƏRH YAZ