• Hadisə • Kriminal • Gündəm

Sumqayıtda kütləvi bıçaqlanma baş verib, iki nəfər ölüb - YENİLƏNİB

200
6-06-2020, 22:21

Sumqayıt şəhərində baş verən kütləvi bıçaqlanmada xəsarət alan və ölənlərin kimliyi məlum olub.

BAKU.NEWS-un məlumatına görə, hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlu və 1989-cu il təvəllüdlü Rəhimov Namiq Tahir oğlu ölüb.
Z. Qasımovun qardaşı 31 yaşlı Tofiq Qasımov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

*Saat 22:21

Sumqayıt şəhərində gənclər arasında düşən mübahisə bıçaqlanma ilə yekunlaşıb.

BAKU.NEWS-un məlumatına görə, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Gənclər arasında düşən mübahisə zamanı Namiq adlı şəxs ürəyindən bıçaqlanaraq öldürülüb. Digər bıçaq yarası alan Zöhrab Qasımov isə reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır, digər şəxslərin kimliyi müəyyənləşdirilir.

FACEBOOK ŞƏRH YAZ