• Dünya • Hadisə • Gündəm

İndoneziyada hərbi helikopter qəzaya uğradı: 4 ölü, 5 yaralı -VİDEO

146
6-06-2020, 20:57

İndoneziya ordusuna məxsus Mi-17 helikopterinin Mərkəzi Yava vilayətində qəzaya uğraması nəticəsində göyərtədə olan dörd nəfər həlak olub, beş nəfər yaralanıb. 

BAKU.NEWS bildirir ki, bu barədə “Jakarta Globe” qəzeti ölkənin Silahlı Qüvvələrinə istinadən xəbər verib.

İnsident Kendal şəhərində sənaye kompleksinin yaxınlığında yerli vaxtla saat 13:40 radələrində baş verib. Ordu nümayəndəsi Nefra Firdausun verdiyi məlumata görə, helikopter ikinci təlim uçuşunu yerinə yetirirdi. Birinci uçuş, onun sözlərinə görə, yaxşı keçib.

Firdaus deyib ki, Silahlı Qüvvələrin nümayəndələri insidentlə bağlı istintaqa başlayıb. Xəsarət alanların hamısı yerli xəstəxanaya çatdırılıb. Nəşrin xəbərinə görə, onlar ağır yanıq xəsarətləri alıblar.

FACEBOOK ŞƏRH YAZ