• Şou-biznes • Gündəm

Samiraldo: “Acınacaqlı vəziyyətdəyəm” - VİDEO

170
6-06-2020, 19:27

“Heç bir ailəyə yardım etmirəm. Çünki köməyə ehtiyacım var. Üç aydır ki, işləmirəm, vəziyyətim ağırdır”.

BAKU.NEWS xəbər verir ki, bu sözləri şou-biznesdə Samiraldo ləqəbi ilə tanınan stilist və saç ustası Samir Əliyev sosial media hesabında paylaşdığı videomüraciətdə deyib.

Karantindən öncə gözəllik məkanlarının açılışını edən Samiraldo maddi vəziyyətinin acınacaqlı olduğunu bildirərək, məşhurların ağır günlərdə reklam naminə etdikləri yardımları başlarına qaxınc edib:

“Acınacaqlı vəziyyətdəyəm. Əgər indi işim olsaydı, yardımlar edərdim. Açıq danışmağı sevən insanam. Acından ölüm, lakin reklam qazanmaq üçün kiməsə kömək etmək kimi şeylər məndə yoxdur.

Üç aydır evə pul gətirməyən insan kiməsə necə yardım edə bilər? Səmimiyəm və buna görə də insanların sevgisini, rəğbətini qazanmışam. Elə məşhurlar var ki, acından ölürlər, amma reklama görə kiməsə on manatlıq ərzaq alırlar.
Çalışıram ki, heç kimdən borc pul almayım. Heç kimə borcum olmasın. İndi necə dolandığımı bir Allah, bir də mən bilirəm”.

FACEBOOK ŞƏRH YAZ