• Hadisə • Kriminal • Gündəm • Bölgə

Azərbaycanda 7,3 ton narkotik məhv edildi

183
6-06-2020, 17:03

Yardımlı və Bərdə rayonlarında yabanı halda bitmiş çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.NEWS-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13 700 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4 815 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

FACEBOOK ŞƏRH YAZ