• İqtisadiyyat • Sosial • Hadisə • Gündəm

“Papa Johns”a cərimə yazılmayıb - YENİLƏNİB

501
6-06-2020, 16:28

"Papa Johns" pizza restoranının sərtləşdirilmiş karantin rejimi dövrüdə  fəaliyyət göstərib-göstərməməsi polis tərəfindən araşdırılıb.

Bakı şəhər Baş Polis İdarəsindən BAKU.NEWS-a verilən məluamata görə, görüntülərdəki şəxsin obyektin mühafizəçisi olduğu məlum olub. 

Bu səbəbdən həmin obyektə cərimə yazılmayıb.

*Saat 13:54

Bakıda məşhur pizza restoranı bu gün qanunsuz fəaliyyət göstərib.

BAKU.NEWS-un verdiyi xəbərə görə, Xətai rayonunda yerləşən “Papa Johns” pizza restoranının reyd zamanı işlədiyi məlum olub. 

Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.

Qeyd edək ki, bu gün saat 00:00-dan 8 iyun saat 06:00-dək  Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində küçəyə çıxmaq qadağan edilib.

Sözügedən qaydanı pozaraq evdən çıxanlar cərimə oluna və hətta həbs edilə bilərlər.

FACEBOOK ŞƏRH YAZ