• Təhsil • Cəmiyyət • Gündəm

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI

133
6-06-2020, 12:41

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən BAKU.NEWS-a verilən məlumata görə, indiyədək ərizə verən abituriyentlərin sayı 88171-dir. I-IV qrup üzrə 71224 abituriyent ərizə verib. Onlardan 65194-ü Azərbaycan, 6030-u rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 30229 (27750 nəfər Azərbaycan, 2479 nəfər rus bölməsi), II qrup üzrə 13773 (12430 nəfər Azərbaycan, 1343 nəfər rus bölməsi), III qrup üzrə 22165 (20604 nəfər Azərbaycan, 1561 nəfər rus bölməsi), IV qrup üzrə 5057 (4410 nəfər Azərbaycan, 647 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.

FACEBOOK ŞƏRH YAZ