• Dünya • Səhiyyə • Gündəm

Türkiyədə 1622 nəfər koronavirusdan sağaldı - 18-i öldü

5-06-2020, 21:22

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 168 min 340 nəfərə çatıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 18 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 930 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4648 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1622 nəfər təşkil edir.

FACEBOOK ŞƏRH YAZ