• Dünya • Gündəm

Corc Floydun ailəsinə yardım fonduna 13 milyon ABŞ dolları toplanıb

5-06-2020, 19:36

Minneapolisdə polis tərəfindən saxlandıqdan sonra ölən afroamerikalı Corc Floydun ailəsinə yardım fonduna təqribən 13 milyon ABŞ dolları toplanıb.

BAKU.NEWS xəbər verir ki, 125 ölkədən təxminən yarım milyon insan fonda ianə göndərib.

Qeyd olunur ki, 500 min ianə vəsaitlərin fonda toplandığı “GoFundMe” kraudfandinq platformasının tarixində rekord göstəricidir.

Xatırladaq ki, mayın 25-də Minneapolis polisi afroamerikalı Corc Floydu saxlayıb. Saxlanma zamanı polis dizi ilə onu boynundan yerə sıxıb. Floyd boğulduğunu qışqırsa da, asayiş keşikçisi buna əhəmiyyət verməyib. Nəticədə saxlanılan şəxs reanimasiyada dünyasını dəyişib.

Bu, ABŞ-da kütləvi etirazlara və iğtişaşlara səbəb olub.

FACEBOOK ŞƏRH YAZ