• Cəmiyyət • Hadisə • Gündəm

Bakıda itləri dalaşdıranlarla bağlı məlumat yayan şəxsə atəş açdılar - YENİLƏNİB/VİDEO

5-06-2020, 19:20

Fərid Mansurov izahatı alındıqdan sonra evə buraxılıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, F.Mansurov zərərçəkmiş qismində polis bölməsinə dəvət olunub:

"Mövcud hadisə ilə bağlı onun izahatı alınıb. İlkin araşdırma zamanı, şəxsə sui-qəsd edilməsinə dair fakt öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı araşdırmalar davam etdirilir".

*Saat 13:16

Ötən gün Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Fərid Mansurova silahlı hücum olub.

BAKU.NEWS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə onun tanışı Emma Şahverdiyeva məlumat və videogörüntülər paylaşıb.

O bildirib ki, naməlum şəxslər avtomobildən Fərid Mansurova atəş açıb. Açılan atəş nəticəsində F.Mansurov xəsarət almasa da, güllə yanındakı itə dəyərək heyvanı öldürüb.
Qeyd olunur ki, F.Mansurov baş verən hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzinə məlumat verib.

“Məlumat əsasında əraziyə gələn polis əməkdaşları F.Mansurovu paytaxtın Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparıblar. O, hələ də bölmədə saxlanılır”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, F.Mansurov ötən həftə sosial şəbəkədə itlərə psixotrop maddələr verib dalaşdıran, ölən iti kəsib digərlərinə yedirən qruplaşma üzvləri ilə bağlı məlumat yaymışdı.

FACEBOOK ŞƏRH YAZ