• Sosial • Gündəm • Bölgə

Ermənilər Şamaxıda kənd salıb? - Professor tarixi faktları açdı

218
5-06-2020, 19:01

İyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı təklifə baxılacaq. Səbəb kimi isə adın erməni mənşəli olduğu iddia edilib.

BAKU.NEWS xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məsələyə etirazını bildirərək, mövqeyini belə ifadə edib: “Mənim “Saqiyan” adının dəyişdirilib “Günəşli” olmasına münasibətim birmənalı mənfidir. Bir şirvanlı kimi etiraz edirəm. Saqiyan adı dəyişdirilə bilməz. Ona görə ki, bu dəyişdirmə prosesi ermənilərin qarşısında geri çəkilmədir. Həmçinin, bu, həmin torpaqların ermənilərə aid olmasını qəbullanmadır. Bura Şirvandır, Şamaxıdır. Bura tarixi məkandır və heç bir ad öz-özünə yaranmayıb. Saqiyan adı iki məqamdan şirvanidir, türkidir.

Birincisi, Saqiyan-Saqilər sufizmə işarədir. Yəni Şirvanın sufi köklərini göstərir. İkincisi isə Saqi sözünün yaranması saklarla bağlıdır. Sak daş heykəllərinin Altaydan Avropaya qədər əllərində badə var. Saqi kəlməsi Saki-saklardan gəlmədir. Bizim türk kökümüzə işarədir”.

Tarixçi bildirib ki, Saqiyan bölgəsinə ermənilərin gəlməsi Şirvanşahların süqutundan sonra Şah Abbas Səfəvinin islahatlar dövrünə aiddir: “Ondan öncə Saqiyan torpaqlarında ermənilər yaşamırdılar. Yəni Saqiyan adı ermənilərin bölgəyə gəlməsindən əvvələ aiddir, tarixidir və qədim kökləri var. Ona görə də Saqiyan adı dəyişdirilə bilməz”.

Qeyd edək ki, Feysbuk sosial şəbəkəsində 40 min izləyicisi olan “Şamaxı” səhifəsi Saqiyan adının dəyişdirilməməsi üçün imzatoplama kampaniyasına start verib.

FACEBOOK ŞƏRH YAZ