• İqtisadiyyat • Gündəm

Bakı ilə Kiyev arasında birbaşa uçuş həyata keçiriləcək

5-06-2020, 17:57

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti iyunun 13-də Bakı ilə Kiyev arasında birbaşa aviareys həyata keçirəcək.

BAKU.NEWS Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, uçuş Bakı vaxtı ilə 21:20-də baş tutacaq.

Bildirilib ki, uçuş əsasən Azərbaycanda qalmış Ukrayna vətəndaşlarına istiqamətlənib.

Qeyd edək ki, Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.

FACEBOOK ŞƏRH YAZ