• Mədəniyyət • Hadisə • Gündəm

“Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov

670
5-06-2020, 12:04

Əməkdar artist Çingiz Əhmədov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayevi sərt bir şəkildə tənqid edib.

BAKU.NEWS xəbər verir ki, bir müddətdir direktorun fəaliyyətindən narazılığını dilə gətirən aktyor mövzu barədə bu dəfə “Şou ATV” proqramında danışıb.

O, teatr rəhbərinə müharibə elan etdiyini bildirib: “Böyük sənətkarlarla bir səhnəyə çıxmışam. İndi o qiymətimi ala bilmirəm. Dövlətimiz mənə qiymət verir, teatr rəhbərliyi vermir. Kimin bostanına daş atmışam, bilmirəm. Heç vaxt media ilə gündəmə gəlməmişəm, ağlamamışam. Bu gün o Çingiz deyiləm. Prezidentimizin yolu ilə gedirəm. Sağ olsun ki, teatrımıza “Akademik” statusu verdi. Bunun sayəsində maaşlarımız artdı. Teatrın müdiri Əliqismət Lalayev mənim haqqımı vermir. Niyə Nahidə Orucovanın, Ələkbər Əliyevin, Əzizağa Orucovun haqqını yeyir? Mən artıq teatrın rəhbəri ilə müharibə edirəm”.

FACEBOOK ŞƏRH YAZ