• Hadisə • Gündəm

Bakıda arvadını bıçaqlayan şəxs təslim oldu

126
5-06-2020, 09:45

Bakıda arvadını bıçaqlayan şəxs polisə təslim olub.

Sabunçu qəsəbəsində 1990-cı il təvəllüdlü Günel Babayeva münaqişə zəmində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ramiq Dadaşov tərəfindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən R. Dadaşov könüllü şəkildə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə təslim olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. (APA)

FACEBOOK ŞƏRH YAZ