• Cəmiyyət • Gündəm • Koronavirus

“Guya başqa xəstəlikdən ölənə “COVİD-19” arayışı verilir”

149
4-06-2020, 17:55

“Bəzi sosial şəbəkələrdə yayılan şayiələr vətəndaşlarımızda inamsızlığa səbəb olur”.

BAKU.NEWS-un verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu şayiələrdən biri hər hansı xəstəlikdən vəfat etmiş şəxsə “COVİD-19” diaqnozunun qoyulması ilə bağlıdır:

“Guya təcili tibbi yardım həkimləri və ya digər tibb işçiləri hansısa xəstəlikdən vəfat etmiş şəxslərin ölüm səbəblərinin “COVİD-19” kimi qeyd olunması ilə bağlı arayış verməyi təklif edirlər. Müvafiq qurumlar və bizim tərəfimizdən bunlar araşdırılıb. Tamamilə şayiə xarakteri daşıyır. Biz ilk gündən şəffaf çalışırıq. Kiməsə “COVİD-19” diaqnozunun qoyulması asan məsələ deyil”.

FACEBOOK ŞƏRH YAZ