• Cəmiyyət • Gündəm • Koronavirus

Həftəsonu Bakıda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti qadağan edilib

135
4-06-2020, 14:21

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

BAKU.NEWS-un məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

FACEBOOK ŞƏRH YAZ