"Formula 1" üzrə virtual dünya çempionatında Azərbaycan Qran-prisi iyunun 7-də start götürəcək.
BAKU.NEWS-un məlumatına görə, yarışda ümumilikdə 16 kiberidmançı iştirak edəcək.
Köhnə pilotların sırasına Serxio Peres, Pyer Qasli, Aleks Albon, Antonio Covinatsi, Nikolas Latifi, Şarl Lekler və Lando Norris də qoşulub. İlk iki kiberidmançının virtual dünya çempionatında debütü məhz Bakıdakı yarışa təsadüf edəcək.
Qran-pridə İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Aymerik Laporte, İtaliya "Milan"ının qapıçısı Canluici Donnarumma, Belçika millisi və İspaniya "Real Madrid"inin qolkiperi Tibo Kurtua kimi futbol ulduzları da qüvvələrini sınayacaq.
Bakı vaxtı ilə saat 17:00-da start götürəcək virtual yarış "YouTube", "Twitch", "Facebook", həmçinin tərəfdaş telekanallar vasitəsilə yayımlanacaq. Azərbaycan Qran-prisini ümumilikdə 22 milyondan çox "Formula 1" azarkeşi canlı izləyəcək. Əsas Qran-pridən 2 saat əvvəl isə "Formula 2" və "Formula 3" yarışları keçiriləcək.
• İdman
• Gündəm
Virtual Azərbaycan Qran-prisini 22 milyondan çox insan izləyəcək

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Türkiyə Super Kubokunun qalibi bəlli oldu
-
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
-
Dünyanın 70 ölkəsində “Britaniya ştammı”na rast gəlinib
-
Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub
-
Ukraynada Leninin sonuncu heykəli uçuruldu - FOTO
-
“WhatsApp”da virus yayılır
-
Türkiyədə koronavirusla bağlı rəqəmlər artır
-
Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi - FOTO
-
Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb
-
Türkiyədən Rusiyaya yola düşən gəmidə problem yarandı
-
Rus futbolçu bıçaqlanaraq öldürüldü
-
Kann festivalının keçiriləcəyi tarix açıqlandı