• Kriminal • Gündəm • Bölgə

Qadın müəmmalı şəkildə qətlə yetirilib

195
4-06-2020, 12:45

Daşkəsən rayonunda qadın öldürülüb.

Rayonun Əhmədli kəndinin sakini Elgün Abbasova qətlə yetirilib.

E.Abbasovanın qətlinin kim tərəfindən törədildiyi araşdırılır. Belə ki, qadının atası Elşah Abbasov hüquq-mühafizə orqanlarına qızını qətlə yetirdiyini bildirib.

Qadının qardaşı Elvin Abbasov isə hüquq-mühafizə orqanlarına bacısını qısqanclığa görə məhz özünün öldürdüyünü deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi ilə bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir. (Report)

FACEBOOK ŞƏRH YAZ