Milli Məclisin Toponimiya komissiyasına Şamaxı rayonunda bir kəndin adının dəyişdirilməsi təklifi daxil olub.
Bunu Toponimiya komissiyasının sədri İsa Həbibbəyli deyib.
O bildirib ki, Şamaxı Rayon İcra Hakimiyyəti həmin rayonun inzibati ərazi bölgüsünə daxil olan Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı məsələ qaldırıb: "Biz araşdırdıq, həqiqətən də kəndin adının mənşəyi barədə müxtəlif versiyalar olduğu ortaya çıxdı. Kəndin adının mənşəyi əslində bilinmir və müəyyən etmək çətindir. Ona görə də kəndin adının dəyişdirilməsi təklifinə müsbət yanaşmışıq. Toponomiya komissiyasının ayın 8-də keçiriləcək iclasında bu məsələyə baxılacaq və qərar qəbul ediləcək.
Şamaxı Rayon İcra Hakimiyyətindən eyni zamanda kəndin adının hansı adla əvəzlənməsi ilə bağlı da təklif komissiyaya daxil olub. Təklifdə kəndin "Günəşli” adlandırılması münasib hesab edilib. Coğrafi mövqeyi də kəndin belə adlandırılmasına imklan verir. Bundan əvvəlki dövrlərdə - 1994-2000-ci illərdə bir müddət bu kənd Günəşli adlandırılıb. Ayın 8-də toponomiya komissiyasnın onlayn iclasında bununla bağlı qərar qəbul ediləcək". (APA)
• Cəmiyyət
• Gündəm
• Bölgə
Şamaxının bir kəndinin adı dəyişdirilir

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Türkiyə Super Kubokunun qalibi bəlli oldu
-
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
-
Dünyanın 70 ölkəsində “Britaniya ştammı”na rast gəlinib
-
Rəcəb Tayyib Ərdoğan İlon Mask arasında telefon danışığı olub
-
Ukraynada Leninin sonuncu heykəli uçuruldu - FOTO
-
“WhatsApp”da virus yayılır
-
Türkiyədə koronavirusla bağlı rəqəmlər artır
-
Misir Hava Yollarının rəhbəri müsahibə zamanı vəfat etdi - FOTO
-
Mingəçevirdə azyaşlının üstünə qaynar su dağılıb
-
Türkiyədən Rusiyaya yola düşən gəmidə problem yarandı
-
Rus futbolçu bıçaqlanaraq öldürüldü
-
Kann festivalının keçiriləcəyi tarix açıqlandı