• Cəmiyyət • Gündəm

Su kanalına atılan heyvan leşləri məhv edilib

149
3-06-2020, 17:22

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları 1003 - Çağrı Mərkəzinə daxil olan müraciət əsasında Bərdə rayonu, Alpoud kəndi ərazisindən keçən köməkçi su kanalına baxış keçiriblər.

AQTA-dan BAKU.NEWS-a verilən məlumata görə, su kanalında tələf olan, sahibi məlum olmayan 13 baş iribuynuzlu heyvan aşkarlanıb.

Heyvanların hansı səbəbdən tələf olduğunu müəyyən etmək məqsədilə daxili orqanlarından nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Tələf olan heyvanlar Bərdə rayonu ərazisində Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək məhv edilib. Ərazidə aidiyyəti üzrə müvafiq qurumun əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

FACEBOOK ŞƏRH YAZ