• Hadisə • Gündəm

9 yaşlı uşaq appendisitdən öldü

125
3-06-2020, 11:53

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra xəstəxanada ölüb.

Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə mayın 28-də xəstəxanaya daxil olub. O, cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Ötən gün göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

FACEBOOK ŞƏRH YAZ