• Hadisə • Gündəm • Koronavirus

Bakıda karantin rejimini pozan "Topaz" aşkarlandı

201
3-06-2020, 11:51

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyekt aşkarlanıb.

BAKU.NEWS-un məlumatına görə, Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Nizami 187 ünvanlarında “Topaz” idman-mərc oyunları obyektinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibi – 36 yaşlı Bəxtiyar Kərimov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

FACEBOOK ŞƏRH YAZ