• Gündəm • Bölgə • Hava

Goranboya dolu yağdı

177
2-06-2020, 22:20

Goranboyun dağ kəndlərinə dolu yağıb.

BAKU.NEWS xəbər verir ki, təbiət hadisəsi rayonun Todan, Mənəşli kəndlərinə ciddi ziyan vurub. İri buz parçaları Todan kəndində taxıl, kartof və meyvə bağlarını yararsız hala salıb.
Kənd sakinləri bildirib ki, əvvəl yağış, ardınca isə dolu yağıb.

Hazırda rayon ərazisində yağmurlu hava müşahidə edilməkdədir.

FACEBOOK ŞƏRH YAZ