• İdman • Gündəm

Yeni çağda qurulan türk döyüş sənətləri təqdim edildi

500
2-06-2020, 08:59

Türk döyüş sənəti üzrə araşdırmacı, Beynəlxalq dərəcəli idman ustası, Azərbaycan Döyüş Federasiyaları Assosisasiyasının baş katibi, Alpagut Döyüş sənətinin qurucusu “Kutsan” Vasif Namazov XX əsrin sonu XXI əsrin əvvəllərindən etibarən qurulan yeni çağda, Türk dünyasında qurulan əlbəyaxa döyüş sənətlərinin cədvəlini medyaya təqdim etdi.  

Vasif Namazov BAKU.NEWS-a bildirdi ki: “ Bildiyiniz kimi, bundan öncə qədim türk döyüş sənətlərinin cədvəlini Sizə təqdim etmişdim, Bu yeni cədvəl isə yeni çağda Türk dünyasında yaranan döyüş sənətləridir. Təbiidir ki, bu siyahıda bizdə varıq.  Məhs bu baxımdan oxucular, maraqlanan idman sahəsinin mütəxəsisləri və digər həvəskarlar bu tablo vasitəsilə bu savaş sənətlərini araşdıracaqlar. Bunların içərisində fəaliyyətsiz, zəif və ya daha da aktiv döyüş sənətləridə vardır. Eyni zamanda bu döyüş sənətlərinin bəzilərinin adlarında və terminalogiyalarınnda yunanca, ingilisce, yaponca və ərəbcə sözlərdə yer alır.
Bir araşdırmaçı kimi mənim borcum bundan ibarətdir ki, ayrıseçkilik etmədən Türk savaş sənəti qurduqlarını iddia edənlərin həm döyüş sənətini, həmdə onların qurucularını Sizə təqdim edim. Fikir bildirmək və ya qiymət vermək mənim yox, Türk insanın və Türk dünyasının üzərinə düşən məsələdir.
Ancaq bir mütəxəsis kimi, bildirmək istərdim ki, ölçü aparmaq üçün aşağıda qeyd olunan suallar əsasdır.

1.Qurulan savaş sənətinin konsepsiyası; (təməl programları)

2.Qurulan savaş sənətinin ekspetiza, patent, müəllif hüquqları sənədləri;

3.Qurulan savaş sənətinin neçə ülkədə fəaliyyət göstərməsi haqda bilgilər;

4.Qurulan savaş sənətinin xarici ölkələrdə olan təmsilçilərinin adı və soyadı, eyni zamanda fəaliyyətləriylə bağlı veb və sosial səhifələri; (qeyd: bu veb sitədə yalan məlumat üzərindən olmamalıdır)

5.Qurulan savaş sənətinin Qurucusunun bu günə qədər neçə ölkədə seminar verməsi; (qeyd: rəsim və videolar təsdiq etməlidir)

6.Qurulan savaş sənəti üzrə neçə beynəlxalq yarışma həyata keçirilmiş; ( özünümüdafiə məqsədilə yaranmış olanlara seminar və festifal təşkil olunması şərtdir).

7.Qurulan savaş sənəti üzrə Beynəlxalq, Asiya, Avropa və ya Dünya çempionatı adı altında həyata keçirilən yarışlarda sayca nə qədər xarici komandaların iştirak etməsi ilə bağlı rəsmi pratakol, şəkil və videolarla yarış görüntülərinin təsdiqi;

8.Qurulan savaş sənətinin rəsmi inernet saytı, facebook, twitter, insagram, və sair rəsmi səhifələrində həyata keçirilən fəaliyyətlərin təsdiqi;

9.Qurulan savaş sənəti qurucusunun bir iki cızma-qara araşdırması;

10.Qurulan savaş sənətinin rəsmi qurum olaraq federasiya sənədləri və bu təşkilatın beynəlxalq arenalarda qəbul edilməsinə dair lisenziyalar.

Bu və digər suallarla oxucularımız Türk dünyasında türk savaş sənəti kimi fəaliyyət göstərən Ustalarımızı qiymətləndirə bilər. Ancaq xüsusilə qeyd etmək istərdim ki, siyahıda daha yeni qurulan savaş sənətləridə var. Yuxarıda qeyd etdiyim ölçü meyyarları onlara aid deyil. Çünki, yeni qurulan türk savaş sənətlərinin özlərini təsdiq etməsi üçün zamana ehtiyac vardır.  

Fürsətdən istifadə edərək Dünya Alpagut Federasiyasının İdarə heyyətinin rəhbəri kimi bildirmək istərdim ki, yuxarıda adı qeyd olunan türk savaş sənətlərinin hər birinin üzünə bizim qapımız açıqdır. Qardaş federasiya kimi biz hər zaman türk millətinin döyüş mədəniyyətini layiqincə inkişaf etdirməyə çalışan ustalarımıza və onların təşkilatına dəstək verməyi nəinki özümüzə borc bilirik, hətda imkan daxilində bunu real edirik.

FACEBOOK ŞƏRH YAZ