• Mədəniyyət • Gündəm

Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun anım günüdür

587
2-06-2020, 11:44

Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Toğrul Nərimanbəyovun bu gün anım tarixidir.

BAKU.NEWS-un məlumatına görə, Toğrul Nərimanbəyov 1930-cu ildə Bakıda anadan olub. 1950-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə Litvanın paytaxtı Vilnüsdə Rəssamlıq İnstitutunu bitirib.

T.Nərimanbəyovun yaradıcılığı hər zaman diqqət mərkəzində olub və daim yüksək qiymətləndirilib. O, yaradıcılıq uğurlarına görə bir çox ölkələrin orden və medalları ilə təltif edilib. Həmçinin müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb.

Görkəmli rəssam 2013-cü il iyunun 2- də Parisdə vəfat edib və orada dəfn olunub.

FACEBOOK ŞƏRH YAZ