Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Belə ki, AQTA tərəfindən Gəncə şəhər Baş polis idarəsinin əməkdaşları ilə birgə Gəncə şəhəri, Sadılı qəsəbəsi, Muxtar Abisarov küçəsində Tanrıverdiyev Nicat Zahid oğluna məxsus yük avtomobilinə baxış keçirilib. Yük avtomobilində fiziki şəxs Poladlı Pərviz Şəmsi oğluna məxsus dövlət qeydiyyatı olmayan və mənşəyi bilinməyən 24 adda baytarlıq preparatı aşkarlanıb. Dərman preparatlarından götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına göndərilib. Qanunvericiliyə uyğun olaraq aşkarlanan dərman preparatlarının satışına məhdudiyyət qoyulub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
• Cəmiyyət
• Gündəm
• Bölgə
Mənşəyi məlum olmayan baytarlıq preparatları aşkarlanıb

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
-
"ABŞ Çinin uyğurlara qarşı addımlarını "soyqırımı" hesab edir" - Pompeo
-
Türkiyədə koronavirusla bağlı son vəziyyət
-
İran Trampa və amerikalı məmurlara qarşı sanksiya tətbiq etdi
-
Çavuşoğlu iranlı həmkarı ilə telefonla danışdı
-
İnam Kərimov onlayn müşavirə keçirdi
-
Rusiya və Azərbaycan minaaxtaranları Qarabağda 210 mina zərərsizləşdirib - FOTOLAR
-
Bölgələrə qar, Bakıya sulu qar yağıb - FAKTİKİ HAVA
-
Almaniyada məhdudiyyətlər 14 fevraladək uzadıldı
-
“Tramp ABŞ-ın ən pis prezidenti kimi tarixə düşəcək” - Con Bolton
-
Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub
-
İsmayıllıda vaksinasiyaya start verildi